Ukraynalı deputat silahı təmizləyərkən ehtiyatsızlıqdan özünü vurub

Ukraynalı deputat silahı təmizləyərkən ehtiyatsızlıqdan özünü vurub Ukraynanın paytaxtı Kiyevdə Xalq Cəbhəsi fraksiyasından olan deputat, İnformasiya müqaviməti qrupunun koordinatoru Dmitri Tımçuk tapançanın təmizlənməsi zamanı açılan atəş nəticəsində ölüb.
Region
19 İyun , 2019 15:18
Ukraynalı deputat silahı təmizləyərkən ehtiyatsızlıqdan özünü vurub
РБК-Украина

Ukraynanın paytaxtı Kiyevdə Xalq Cəbhəsi fraksiyasından olan deputat, "İnformasiya müqaviməti" qrupunun koordinatoru Dmitri Tımçuk tapançanın təmizlənməsi zamanı açılan atəş nəticəsində ölüb.

"Report" xəbər verir ki, bu barədə Ukrayna mətbuatı yazıb.

D.Tımçukun partiyadaşı Anton Geraşenko bildirib ki, həyat yoldaşının təcili yardım çağırmasına baxmayaraq, briqada gələnə qədər deputat ölüb.

Hazırda hadisə yerində istintaq-əməliyyat qrupu işləyir və hadisənin başvermə şəraitini aydınlaşdırır.

D.Tımçuk 1972-ci il iyunun 27-də Rusiyanın Çita şəhərində anadan olub. O, hərbi jurnalist işləyib, ehtiyatda olan polkovnik-leytenant idi.

Qeyd edək ki, faktla bağlı "Qəsdən adam öldürmə" maddəsi ilə cinayət işi açılıb. Hadisə zamanı evdə olan qadının, eləcə də qonşuların ifadələri alınır. 

Son xəbərlər

Orphus sistemi