Sorğu: Ukraynada Zelenskiyə səs verməyi planlaşdıranların sayı artıb

Sorğu: Ukraynada Zelenskiyə səs verməyi planlaşdıranların sayı artıb Ukraynada prezident seçkilərində Vladimir Zelenskiyə səs verməyi planlaşdıranların sayı bir həftə ərzində 12% artaraq 73%-ə çatıb, hazırkı dövlət başçısı Petro Poroşenkonu isə yalnız 25% dəstəkləyir.
Region
18 Aprel , 2019 16:44
Sorğu: Ukraynada Zelenskiyə səs verməyi planlaşdıranların sayı artıb

Ukraynada prezident seçkilərində Vladimir Zelenskiyə səs verməyi planlaşdıranların sayı bir həftə ərzində 12% artaraq 73%-ə çatıb, hazırkı dövlət başçısı Petro Poroşenkonu isə yalnız 25% dəstəkləyir.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu "Reytinq" sosioloji qrupunun məlumatları göstərir.

Sorğuda həmçinin qeyd olunur ki, respondentlərin 62%-i Ukraynanın növbəti prezidentinin Vladimir Zelenski olacağına, 17%-i isə Petro Poroşenkonun qələbəsinə inanır. Rəyi soruşulanların digər hissəsi cavablarını hələ qətiləşdirməyib.

Sorğu aprelin 12-dən 16-dək Ukraynanın bütün regionlarında keçirilib. Ümumilikdə, 3 min nəfərdən fikir öyrənilib.

Xatırladaq ki, Ukraynada prezident seçkisinin ilk turu martın 31-də keçirilib. Seçkilərin ilk turunun yekun nəticələri aprelin 7-də Ukraynanın Mərkəzi Seçki Komissiyası tərəfindən dərc olunub. Elektron və kağız protokollarının emalının nəticələrinə görə, Zelenski səslərin 30,24 faizini, Poroşenko isə 15,95 faizini toplayıb. İkinci tur aprelin 21-də keçiriləcək.

Son xəbərlər

Orphus sistemi