Ukraynada yoluxma hallarının sayı kəskin artdı

Ukraynada yoluxma hallarının sayı kəskin artdı Ukraynada koronavirusa yoluxanların sayı 1 462 nəfərə çatıb.
Region
7 Aprel , 2020 11:13
Ukraynada yoluxma hallarının sayı kəskin artdı

Ukraynada koronavirusa yoluxanların sayı 1 462 nəfərə çatıb.

“Report” xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb.

Ölkədə son gündə 143 nəfərdə koronavirus aşkarlanıb. Bu, ötən günün sutkalıq göstəricisindən 75 nəfər daha çoxdur.

Ukraynada indiyədək 45 nəfər virusun qurbanı olub. 28 nəfər isə infeksiyadan sağalıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 209 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 1 348 000-i ötüb. Bunların 286 567 nəfəri sağalıb, 74 795 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi