Bakı. 13 aprel. REPORT.AZ/ Ukraynanın Donetsk vilayətində rusiyayönümlülər BMT əməkdaşını girov götürüblər.
"Report" BBC-yə istinadən xəbər verir ki, bu haqda BMT-nin bu ölkədəki nümayəndəliyi məlumat yayıb.
Məlumata görə, BMT əməkdaşının qeyri-şərtsiz və təcili azad edilməsi üçün bütün kanallardan istifadə edib.
İnformasiyaya əsasən, aprelin 8-də təşkilatın girov götürülən əməkdaşı Ukrayna vətəndaşıdır.