​Ukraynada münaqişə nəticəsində ölənlərin sayı 8 minə çatıb

​Ukraynada münaqişə nəticəsində ölənlərin sayı 8 minə çatıb BMT-nin komissarı: "Azı 17 min 811 nəfər yaralanıb"
Region
8 Sentyabr , 2015 18:00
​Ukraynada münaqişə nəticəsində ölənlərin sayı 8 minə çatıb

Bakı. 8 sentyabr. REPORT.AZ/ Ukraynanın şərqində başlayan silahlı münaqişə nəticəsində 8 minə yaxın insan ölüb, 18 minədək şəxs isə yaralanıb.

"Report" xairici KİV-ə istinadən xəbər verir ki, bu haqda BMT-nin insan haqları üzrə ali komissarı Zeyd Raad əl-Hüseyn Ukraynadakı vəziyyətlə bağlı Cenevrədə yayılan növbəti - 11-ci hesabatı şərh edərkən bildirib.

"2014-cü il aprelin ortalarından Ukraynada başlayan münaqişə nəticəsində 7 min 962 nəfər (ukraynalı hərbçilər, mülki şəxslər, silahlı qruplaşmaların üzvləri) həyatını itirib, azı 17 min 811 nəfər isə yaralanıb", - hesabatda qeyd edilib.

Son xəbərlər

Orphus sistemi