Yuxarı

​Ukraynada münaqişə nəticəsində ölən və yaralananların sayı açıqlanıb

Yens Larke: Ölkənin şərqində 5 milyondan çox sakinin humanitar yardıma ehtiyacı var

Bakı.9 iyun. REPORT.AZ/ Ukraynanın şərqində münaqişə başlayandan bu il iyunun 3-dək 6 454 nəfər həlak olub, 16 146 nəfər isə yaralanıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu haqda BMT-nin humanitar məsələlər üzrə əlaqələndiricisi Yens Larke Cenevrədə keçirdiyi brifinqdə bildirib.

"Ukraynanın şərqində 5 milyondan çox sakinin humanitar yardıma ehtiyacı var", - o vurğulayıb.

Qeyd edək ki, bu il mayın 20-də Ukrayna prezidenti Pyotr Poroşenko hərbi əməliyyatlar nəticəsində 1 800 Ukrayna əsgərinin, 7 min dinc sakinin həlak olduğunu bildirmişdi.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi