Ukraynada koronavirusdan ölənlərin sayı 187-yə çatdı

Ukraynada koronavirusdan ölənlərin sayı 187-yə çatdı Ukraynada daha 578 nəfərdə koronavirus aşkarlanıb.
Region
23 Aprel , 2020 10:33
Ukraynada koronavirusdan ölənlərin sayı 187-yə çatdı

Ukraynada daha 578 nəfərdə koronavirus aşkarlanıb.

“Report” xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb.

Məlumata görə, Ukraynada koronavirusa yoluxma faktlarının sayı 7 170-ə çatıb.

Bundan başqa, Şərqi Avropa ölkəsində virusdan ölənlərin sayı daha 13 nəfər artaraq 187 nəfərə yüksəlib.

İndiyədək 504 nəfər koronavirusdan sağalıb.

Qeyd edək ki, aprelin 22-nə olan məlumata görə, ölkədə bir gündə 467 yoluxma faktı qeydə alınmışdı.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 2 639 000-i ötüb. Bunların 722 171 nəfəri sağalıb, 184 263 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi