Ukraynada keçirələcək NATO təlimlərində 1000-ə yaxın hərbçi iştirak edəcək

Ukraynada keçirələcək NATO təlimlərində 1000-ə yaxın hərbçi iştirak edəcək Azərbaycan və Gürcüstandan da hərbçilərin iştirakı gözlənilir
Region
3 Sentyabr , 2014 14:54
Ukraynada keçirələcək NATO təlimlərində 1000-ə yaxın hərbçi iştirak edəcək

Baku. 3 sentyabr. REPORT.AZ/ ABŞ sentyabr ayının 16-26-da Ukraynanın qərbində keçirilməsi planlaşdırılan "Rapid Trident" ("Sürətli uçbaşlı əsa")  təlimlərində iştirak etmək üçün hazırlıqlarını davam etdirir. Report Reuters agentliyinə istinadən xəbər verir ki, bu təlimlərdə NATO ölkələri və digər dövlətlərdən 1000-ə yaxın hərbçinin iştirakı gözlənilir.  

Əvvəllər təlimlərin iyul ayında keçirilməsi nəzərdə tutulmuşdu, lakin Ukraynanın cənub-qərbində aparılan əməliyyatlar səbəbindən ertələnib. "Rapid Trident" təlimləri ilə ölkənin şərqində antiterror əməliyyatlarının başlamasından sonra Amerika qüvvələri ilk dəfə Ukrayna ərazisinə daxil olacaq. 

Reuters agentliyinin məlumatına görə, təlimlərdə 200 amerikalı əsgərin, eləcə də Ukrayna, Azərbaycan, Böyük Britaniya, Kanada, Gürcüstan, Almaniya, Latviya, Litva, Moldova, Norveç, Polşa, Rumıniya və İspaniyadan hərbçilərin iştirakı planlaşdırılıb. Ənənəvi olaraq hər il keçirilən təlimlər sülhməramlı əməliyyatlar və partlayıcı qurğuların zərərsizləşdirilməsi üzrə baş tutur. 

Təlimlərdən əlavə, ABŞ oktyabr ayına planlaşdırılan manevrlər üçün tankları və 600 əsgəri Polşa və Baltikyanı ölkələrə yollayır.    

Son xəbərlər

Orphus sistemi