Ukraynada koronavirusa yoluxanların sayı 6 500-ü ötüb, 174 nəfər ölüb

Ukraynada koronavirusa yoluxanların sayı 6 500-ü ötüb, 174 nəfər ölüb Ukraynada daha 467 nəfərdə koronavirus aşkarlanıb.
Region
22 Aprel , 2020 10:35
Ukraynada koronavirusa yoluxanların sayı 6 500-ü ötüb, 174 nəfər ölüb
0 : 00
0 : 00

Ukraynada daha 467 nəfərdə koronavirus aşkarlanıb.

“Report” xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb.

Məlumata görə, Ukraynada koronavirusa yoluxma faktlarının sayı 6 592-ə çatıb.

Bundan başqa, Şərqi Avropa ölkəsində virusdan ölənlərin sayı daha 13 nəfər artaraq 174 nəfərə yüksəlib.

İndiyədək 424 nəfər koronavirusdan sağalıb.

Qeyd edək ki, aprelin 21-nə olan məlumata görə, ölkədə bir gündə 415 yoluxma faktı qeydə alınmışdı.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 2 557 000-i ötüb. Bunların 695 355 nəfəri sağalıb, 177 688 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi