Ötən gecə naməlum şəxslər Ukraynanın paytaxtı Kyiv şəhərinin mərkəzində “Mostostroi” şirkətinə məxsus binanı qumbaraatandan atəşə tutublar.
“Report” yerli KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində zərərçəkən yoxdur. Hadisəni törədən iki nəfərin mopedlə uzaqlaşdığı bildirilir.
Araşdırma aparılır.