Bakı. 2 sentyabr. REPORT.AZ/ Rəsmi Kiyevin 2018-ci ildən etibarən sərhəddə əcnəbilər üçün biometrik nəzarət üzrə qərarı bu gündən qüvvəyə minib.
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, Ukrayna prezidenti Petro Poroşenko bu barədə müvafiq fərman imzalayıb və fərman rəsmi mətbuatda dərc edilib.
Fərmana əsasən, həmçinin əcnəbi vətəndaşların qeydiyyatı barədə qanunvericilik təkmilləşdirilməli, Ukraynaya daxil olmazdan əvvəl əcnəbilərin ilkin məlumatlandırılması mexanizmi hazırlanmalı və Rusiyanı daxil etməklə miqrasiya riski olan ölkələrin siyahısı yeniləməlidir.
Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən, biometrik nəzarət xaricilərdən barmaq izlərinin toplanmasını nəzərdə tutur, ölkəyə giriş üçün biometrik pasportun olması məcburi deyil.