Yuxarı
    Bağlamaq

    Ukrayna “Yandex”ə sanksiya tətbiq edib

    Ukraynanın milli təhlükəsizliyini təhdid etdiyindən “Yandex”in bağlanması ilə bağlı imzatoplama kampaniyası başlanılmışdı

    Bakı. 16 may. REPORT.AZ/ Ukrayna üç il müddətinə “Yandex” internet-axtarış şirkətinə sanksiya tətbiq edib.

    “Report” RİA "Novosti”yə istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Pyotr Poroşenko sərəncam imzalayıb.

    Qeyd edək ki, bu ilin aprelində Ukraynanın milli təhlükəsizliyini təhdid etdiyindən “Yandex”in bağlanması ilə bağlı imzatoplama kampaniyası başlanılmışdı. Şirkətin ölkə ərazisində fəaliyyətinin dayandırılması üçün 25 min imza kifayət idi.

    Xatırladaq ki, Pyotr Poroşenkonun sərəncamına əsasən, Rusiyaya qarşı genişləndirilimiş sanksiya siyahısına bəzi fiziki və hüquqi şəxslər də daxil edilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi