Yuxarı

​Ukrayna və Türkiyə Rusiyanın Suriyadakı fəaliyyətini pisləyib

Poroşenko: Rusiyanın Suriyadakı hərəkətləri dinc əhali arasında çoxsaylı itkilərə səbəb olub

Bakı. 10 mart. REPORT.AZ/ Ukrayna prezidenti Pyotr Poroşenko qeyd edib ki, Kiyev və Ankara Rusiyanın Suriyadakı qanunsuz fəaliyyətini pisləyib.

"Report" xəbər verir ki, bu barədə o, Ankarada türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla keçirdiyi birgə mətbuat konfransında bildirib.

"Biz danışıqlar zamanı Rusiyanın Suriyadakı hərəkətlərini, xüsusilə də dinc əhali arasında çoxsaylı qurbanlarla nəticələnən, humanitar böhranın güclənməsinə səbəb olan və qaçqınların sayının artmasına gətirib çıxaran bombardımanları qətiyyətlə pislədik", – deyə o bildirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi