Ukrayna və Rusiya XİN rəhbərlərinin görüşü nəticəsiz başa çatıb

Ukrayna və Rusiya XİN rəhbərlərinin görüşü nəticəsiz başa çatıb Tərəflər Münhen Təhlükəsizlik Konfransı çərçivəsində görüşüblər
Region
16 Fevral , 2018 23:37
Ukrayna və Rusiya XİN rəhbərlərinin görüşü nəticəsiz başa çatıb

Bakı. 16 fevral. REPORT.AZ/ Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Ukrayna və Rusiya xarici işlər nazirləri Pavel Klimkin və Sergey Lavrov arasında görüş olub.

“Report” xəbər verir ki, bu barədə Rusiya XİN-i məlumat yayıb.

Bildirilir ki, tərəflər görüş zamanı Ukraynadaxili münaqişənin nizamlanması, 12 fevral 2015-ci il tarixli Minsk sazişlərinin yerinə yetirilməsi üzrə kompleks tədbirlər və BMT-nin Donbasdakı rolunu müzakirə ediblər.

Klimkin jurnalistlərə açıqlamasında bildirib ki, onun rusiyalı həmkarı ilə görüşü heç bir nəticə verməyib:

"Mən belə başa düşürəm ki, biz müzakirələri davam etdirməliyik. Hələ heç nəyə razılıq verməmişik. Rusiyanın baxışı fərqlidir. Bu işi davam etdirəcəyik. Düşünürəm ki, humanitar baxımdan bu görüş vacibdir. Ümid edirəm ki, biz prosesə təkan verə bilərik. Başqa məsələlərdə də, anladığınız kimi, heç bir razılaşma yoxdur".

Son xəbərlər

Orphus sistemi