​Ukrayna və Rusiya Brüsseldə təbii qaz problemini müzakirə edəcək

​Ukrayna və Rusiya Brüsseldə təbii qaz problemini müzakirə edəcək "Qazprom" Donbasa tədarük etdikləri "mavi yanacaq"la bağlı məsələni də müzakirə etmək istəyir
Region
26 Fevral , 2015 20:15
​Ukrayna və Rusiya Brüsseldə təbii qaz problemini müzakirə edəcək

Bakı. 26 fevral. REPORT.AZ/ Ukraynanın "Naftoqaz" şirkəti Brüsseldə keçiriləcək üçtərəfli danışıqlarda iştirak etməyə razılıq verib.

"Report" BBC-yə istinadən xəbər verir ki, bu haqda "Naftoqaz" bildirib.

Məlumata görə, Ukrayna-Rusiya-Avrokomissiya arasında üçtərəfli danışıqlar martın 2-də keçiriləcək.

Xatırladaq ki, bu gün Avropa Birliyinin energetika məsələləri üzrə komissarı Maroş Şevçoviç Rusiyanın energetika naziri Aleksandr Novak və onun ukraynalı həmkarı Vladimir Demçişini danışıqlar üçün Brüsselə dəvət etmişdi.

Rusiyanın "Qazprom" şirkəti isə iki ölkə arasındakı təbii qaz probleminə dair danışıqlar çərçivəsində Donbasa tədarük etdikləri "mavi yanacaq"la bağlı məsələni də müzakirəyə etməyə hazır olduğunu bildirib.

Son xəbərlər

Orphus sistemi