Yuxarı
    Bağlamaq

    Ukrayna və Gürcüstan birbaşa beynəlxalq əlaqənin təşkilinə dair saziş imzalayıb

    Bu, Ukrayna, Qazaxıstan, Gürcüstan və Azərbaycanı Böyük İpək yolunda birləşdirməyə imkan verəcək

    Bakı. 14 sentyabr. REPORT.AZ/ Ukrayna və Gürcüstan hökumətinin nümayəndələri çərşənbə axşamı, sentyabrın 13-də iki ölkə limanları vasitəsi ilə birbaşa beynəlxalq dəmir yolu əlaqəsinə dair razılıq əldə ediblər.

    "Report" xəbər verir ki, bu barədə saziş Batumidə keçirilən Beynəlxalq Dəniz Forumu çərçivəsində imzalanıb.

    Ukraynanın İnfrastruktur Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, bu, Ukrayna, Qazaxıstan, Gürcüstan və Azərbaycanı Böyük İpək yolunda birləşdirməyə imkan verəcək mühüm sənəddir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi