Ukrayna Rusiyaya hava məkanından tranzit uçuşlar həyata keçirməyi qadağan edib

Ukrayna Rusiyaya hava məkanından tranzit uçuşlar həyata keçirməyi qadağan edib Rusiyanın Hava Nəqliyyatı Federal Agentliyi bu barədə məktub alıb
Region
26 Noyabr , 2015 05:35
Ukrayna Rusiyaya hava məkanından tranzit uçuşlar həyata keçirməyi qadağan edib

Bakı. 26 noyabr. REPORT.AZ/ Rusiyanın Hava Nəqliyyatı Federal Agentliyi ("Rosaviasiya") Ukrayna ərazisindən hava tranzitinin qadağan edilməsinə dair məktub alıb.

"Report" "Rusnovosti"yə istinadən xəbər verir ki, bu barədə idarənin məlumatında bildirilir.

Məlumata görə, qadağa noyabrın 26-dan etibarən qüvvəyə minir. Eyni zamanda "Rosaviasiya" nümayəndələri bildiriblər ki, bir çox aviadaşıyıcılar Malayziya "Boeing"inin qəzaya uğramasından sonra Ukrayna ərazisindən tranzit reysləri dayandırıblar.

Bununla yanaşı idarədən ümid etdiklərini bildiriblər ki, hava məkanının bütün təhlükəsizlik məsələləri tezliklə öz həllini tapacaq.

Son xəbərlər

Orphus sistemi