Yuxarı
    Bağlamaq

    Ukrayna prezidentinin silahdaşı civədən zəhərlənib

    KİV: Bu addım onu qorxutmaq və sıradan çıxarmaq məqsədi ilə atılıb

    Bakı. 28 yanvar. REPORT.AZ/ Ukrayna prezidentinin silahdaşı, "Pyotr Poroşenko Bloku"nun deputatı İqor Kononenko civə zəhərlənməsindən müalicə olunur.

    "Report" xəbər verir ki, bu barədə yerli "LB.ua" internet nəşri yazıb.

    Məlumatda deyilir ki, parlamentari şəxsi işləri ilə məşğuldur, çünki Yeni ilə az qalmış onda civədən zəhərlənmə əlamətləri aşkar edilib.

    "Həkimlərin qərarına əsasən, onun qanda miqdarı 50 dəfəni ötüb", - deyə nəşrin şef-redaktoru Sonya Koşkina yazır.

    Jurnalist ehtimal edir ki, "bu, qətl məqsədi ilə edilən sui-qəsd yox, çox güman ki, qorxutmaq və onu sıradan çıxartmaq cəhdi olub".

    Nəşr qeyd edir ki, Kononenko baş verən hadisə ilə əlaqədar parlament işlərindən uzaqlaşıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi