Yuxarı
    Bağlamaq

    ​Ukrayna prezidenti Türkiyədə səfərdədir

    Səfər çərçivəsində Türkiyə-Ukrayna Strateji Ali Şurasının toplantısı da keçiriləcək

    Bakı. 9 mart. REPORT.AZ/ Ukrayna prezidenti Pyotr Poroşenko Türkiyədə ikigünlük səfərdədir.

    "Report" xəbər verir ki, bu haqda Ukraynanın İqtisadiyyatı və Ticarət Nazirliyinin nümayəndəsi Nataliya Mikolskaya "facebook" səhifəsində yazıb.

    Məlumata görə, Pyotr Poroşenko martın 10-11-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və baş nazir Əhməd Davudoğlu ilə görüşlər keçirəcək. Görüşdə Türkiyə ilə Ukrayana arasında Azad Ticarət Zonasının yaradılması məqsədi ilə uyğun sənədin imzalanacağı da ehtimal edilir.

    Səfər çərçivəsində Türkiyə-Ukrayna Strateji Ali Şurasının toplantısı da keçiriləcək.

    Pyotr Poroşenkonun Türkiyənin iş adamları ilə görüşü də nəzərdə tutulub. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi