​Ukrayna prezidenti: "Nadejda Savçenkonun 709 gün davam edən əsirlik həyatı nəhayət başa çatdı"

​Ukrayna prezidenti: "Nadejda Savçenkonun 709 gün davam edən əsirlik həyatı nəhayət başa çatdı" Pyotr Poroşenko: "Bugünkü qələbədə mənə yardım edən bütün dünyaya təşəkkürümü bildirirəm"
Region
25 May , 2016 17:03
​Ukrayna prezidenti: Nadejda Savçenkonun 709 gün davam edən əsirlik həyatı nəhayət başa çatdı

Bakı. 25 may. REPORT.AZ/ "Bizim Nadya Ukrayna torpağındadır. Onu vətənə qayıtması münasibətilə təbrik edirəm! Ukraynalıları və bütün dünyanı qələbəmiz münasibətilə təbrik edirəm".

"Report" UNİAN agentliyinə istinadən xəbər verir ki, bunu Ukrayna prezidenti Pyotr Poroşenko Nadejda Savçenkonun ölkəsinə qayıtması ilə əlaqədar "Facebook" səhifəsində yazıb.

Prezident qeyd edib ki, girovluqda olan bütün ukraynalıların azad olunması uğrunda mübarizə davam edir: "Bugünkü qələbədə mənə yardım edən bütün dünyaya təşəkkürümü bildirirəm. 709 gün davam edən əsirlik həyatı nəhayət başa çatdı". 

Son xəbərlər

Orphus sistemi