​Ukrayna prezidenti : "Donbasın ayrılması ilə bağlı referendum təxribatdır"

​Ukrayna prezidenti : "Donbasın ayrılması ilə bağlı referendum təxribatdır" Pyotr Poroşenko: "Ölkənin ərazi bütövlüyünün də təminatçısıyam"
Region
5 İyun , 2015 19:43
​Ukrayna prezidenti : Donbasın ayrılması ilə bağlı referendum təxribatdır

Bakı. 5 iyun. REPORT.AZ/ "Donbasın ayrılması haqda məsələnin gündəliyə gətirilməsi təxribatdır. Prezident, Ali Baş Komandan, konstitusiyanın təminatçısı olaraq Ukraynanın ərazi bütövlüyünün də təminatçısıyam".

"Report" "UNN" Agentliyinə istinadən xəbər verir ki, bunu Ukraynanın prezidenti Pyotr Poroşenko bildirib.

"Donbasın Ukraynadan ayrılması ilə bağlı referendumun keçirilməsinə heç vaxt yol verməyəcəyəm", - o vurğulayıb.

O, yerli idarəetmə rejiminə münasibət bildirərək vurğulayıb: "Yerli idarəetmə rejiminə münasibətə gəlincə, deyə bilərəm ki, əgər konstitusiyada dəyişiklik tələb olunarsa və əsas qanunda referendumun keçirilməsini özündə ehtiva edən uyğun qayda varsa, o zaman konstitusiyanın təminatçısı olaraq vətəndaşların öz iradələrini azad ifadə etməsini təmin edəcəyəm".

Son xəbərlər

Orphus sistemi