Yuxarı
    Bağlamaq

    ​Ukrayna parlamenti xarici qoşunların ölkəyə buraxılmasına dair qanunu təsdiq edib

    Qanun layihəsi ölkə prezidenti Poroşenko tərəfindən Radaya təqdim olunub

    Bakı. 25 dekabr. REPORT.AZ/ Ukrayna parlamenti xarici silahlı qüvvələrin bölmələrinin 2016-cı ildə təlimlərdə iştirak etmək üçün ölkə ərazisinə daxil olmasına icazə verən qanunu təsdiq edib.

    "Report"un xəbərinə görə, qeyd olunur ki, qərarı minimum 226 səs lazım olduğu bir halda 239 nəfər dəstəkləyib.

    Qanun layihəsi Radaya Ukrayna prezidenti Pyotr Poroşenko tərəfindən təqdim edilib.

    İzahedici qeyddə deyilir ki, digər dövlətlərin hərbi birləşmələrinin ölkəyə buraxılması Ukrayna parlamentinin ölkə prezidentinin xarici silahlı qüvvələrin bu bölmələrinin ölkə ərazisinə buraxılmasına dair qəbul etdiyi qərarı təsdiq etməsi əsasında həyata keçiriləcək.

    Bundan əvvəl Ukraynanın 2016-cı ilin müdafiə büdcəsində hərbi və hərbi texniki inkişaf üçün xərcləri 21 faizədək artırmaq niyyətində olduğu bildirilmişdi.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi