Ukrayna noyabr ayı ərzində münaqişə zonasında 15 hərbçisini itirib

Ukrayna noyabr ayı ərzində münaqişə zonasında 15 hərbçisini itirib Bakı. 3 dekabr. REPORT.AZ/ 2017-ci ilin noyabr ayı ərzində Ukrayna ordusu Donetsk və Luqansk münaqişə zonalarında separatçılarla gedən döyüşlərdə 15 hərbçisini itirib.
Region
3 Dekabr , 2017 19:58
Ukrayna noyabr ayı ərzində münaqişə zonasında 15 hərbçisini itirib

Bakı. 3 dekabr. REPORT.AZ/ 2017-ci ilin noyabr ayı ərzində Ukrayna ordusu Donetsk və Luqansk münaqişə zonalarında separatçılarla gedən döyüşlərdə 15 hərbçisini itirib.

"Report" yerli mətbuata istinadən xəbər verir ki, bu barədə rusiyalı bloqqer Aleksandr Tverskoy öz "Facebook" səhifəsində yazıb.

"2017-ci ilin noyabrında (müharibənin 43-cü ayı) gedən döyüşlərdə 15 Ukrayna müdafiəçisi ölüb: Viktor Maslov, Maksim Perelepitsa, Dmitri Litvinçuk, Aleksandr Suxinin, Sergey Şevçenko, Aleksandr Tümentsev, Denis Krivenko, Aleksandr Smuraqa, Aleksandr Yarotski, Andrey Dobrovolski, Rostislav Danilov, Anton Mişko, Valentin Niçvidük, Stanislav Kurbatov, Sergey Sirotenko. 11 qadın dul qalıb, 15 uşaq atasız. 10 ana və 6 ata övladını itirib. 2 qardaş və 3 bacı öz qardaşını itirib", - deyə məlumatda bildirilir.

Son xəbərlər

Orphus sistemi