Ukrayna müxalifəti parlamentin binası qarşısında aksiyaları davam etdirəcək

Ukrayna müxalifəti parlamentin binası qarşısında aksiyaları davam etdirəcək Kiyevin iki müxtəlif yerində çadır quraşdırılıb
Region
18 Oktyabr , 2017 15:34
Ukrayna müxalifəti parlamentin binası qarşısında aksiyaları davam etdirəcək
УНИАН

Bakı. 18 oktyabr. REPORT.AZ/ Ukraynada müxalifət tərəfdarları parlamentin binası qarşısında piketi sabah da davam etdirəcəklər.

“Report” UNİAN-a istinadən xəbər verir ki, hazırda qanunverici orqan olan Radanın önündə 200 nəfərin iştirak etdiyi aksiya keçirilir.

Məlumata görə, Kiyevin iki müxtəlif yerində çadır quraşdırılıb. Aksiya iştirakçıları qeyd ediblər ki, tələbləri yerinə yetirilənədək meydanlarda qalacaqlar.

Parlamentin binasını yüzdən çox polis əməkdaşı qoruyur.

Qeyd edək ki, mitinq iştirakçıları islahatların keçirilməsini, Ukrayna prezidenti Petro Poroşenkoya qarşı impiçment prosedurunun başladılmasını tələb edirlər.

Son xəbərlər

Orphus sistemi