Ukrayna münaqişə zonasında iki hərbçisini itirib

Ukrayna münaqişə zonasında iki hərbçisini itirib Hazırda ATƏZ zonasında vəziyyət gərgin olaraq qalır
Region
29 Mart , 2017 22:57
Ukrayna münaqişə zonasında iki hərbçisini itirib

Bakı. 29 mart. REPORT.AZ/ Ukrayna Silahlı Qüvvələri anti-terror əməliyyatı zonasında (ATƏZ) iki hərbçisini itirib.

"Report" xəbər verir ki, bu barədə ATƏZ qərargahının mətbuat xidməti məlumat yayıb.

Hərbçilərdən biri Papasnaya, digəri isə Donetsk istiqamətində yerləşən Luqanskoe yaşayış məntəqəsi yaxınlığında döyüş tapşırığını yerinə yetirərkən həlak olub. Onlardan biri qəlpə yarasından, digəri isə snayper gülləsindən ölüb.

Hazırda ATƏZ zonasında vəziyyət gərgin olaraq qalır.

Son xəbərlər

Orphus sistemi