Yuxarı
    Bağlamaq

    ​Ukrayna ilə NATO arasında razılaşma sənədi imzalanacaq

    Bura hərbi-texniki, rabitə vasitələri, yeni kommunikasiya və informasiya texnologiyaları sahəsində əməkdaşlıq daxildir

    Bakı. 8 aprel. REPORT.AZ/ Ukrayna ilə NATO arasında iki razılaşma sənədi imzalanacaq.

    "Report" BBC-yə istinadən xəbər verir ki, bu barədə Ukraynanın baş naziri Arseniy Yatsenyuk bildirib.

    Onun sözlərinə görə, birinci sənəd əlaqə və informasiya üzrə memorandum, ikincisi isə dəstək sahəsində əməkdaşlıq haqdadır.

    Memoranduma görə, Ukrayna NATO ilə "Sülh naminə tərəfdaşlıq" proqramı çərçivəsində məsləhətləşmə, idarəetmə, rabitə vasitələri, yeni kommunikasiya və informasiya texnologiyaları ilə bağlı əməkdaşlıq edəcək.

    İkinci sənəddə isə təhlükəsizlik üzrə 4 birgə layihənin gerçəkləşdirilməsi nəzərdə tutulub. Bura hərbi-texniki, rabitə vasitələri, yeni kommunikasiya və informasiya texnologiyaları sahəsində əməkdaşlıq daxildir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi