Yuxarı
    Bağlamaq

    ​Ukrayna İran neftinin öz ərazisindən Avropaya nəqlində maraqlıdır

    Gennadi Zubkov: Tehranda İran neftinin Ukraynadan Avropaya tranzit yolla nəqlinin mümkünlüyünü müzakirə edəcəyik

    Bakı. 7 mart. REPORT.AZ/ "Biz neft məhsullarının şaxələnərk, Ukraynadan keçməsində maraqlıyıq. İransa öz növbəsində neft və neft məshullarının şaxələnmiş halda nəqlində maraqlı olduğunu bildirir".

    "Report" xəbər verir ki, bu haqda Ukrayna baş nazirinin müavini Gennadi Zubkov Tehranda "112 Ukrayna" telekanalına müsahibəsində vurğulayıb.

    O, Tehranda İran neftinin Ukrayna ərazisindən Avropaya tranzit yolla nəql olunmasının mümkünlüyünü müzakirə edəcəklərini söyləyib.

    Nazir müavininin sözlərinə görə, indiyədək İranın neft naziriylə bir sıra görüşlər keçiriblər: "Martın 8-də isə İran prezidentinin müavini ilə görüşüb, əməkdaşlığın bərpası kimi başlıca məsələni müzakirə edəcəyik". 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi