Bakı. 7 mart. REPORT.AZ/ "Biz neft məhsullarının şaxələnərk, Ukraynadan keçməsində maraqlıyıq. İransa öz növbəsində neft və neft məshullarının şaxələnmiş halda nəqlində maraqlı olduğunu bildirir".
"Report" xəbər verir ki, bu haqda Ukrayna baş nazirinin müavini Gennadi Zubkov Tehranda "112 Ukrayna" telekanalına müsahibəsində vurğulayıb.
O, Tehranda İran neftinin Ukrayna ərazisindən Avropaya tranzit yolla nəql olunmasının mümkünlüyünü müzakirə edəcəklərini söyləyib.
Nazir müavininin sözlərinə görə, indiyədək İranın neft naziriylə bir sıra görüşlər keçiriblər: "Martın 8-də isə İran prezidentinin müavini ilə görüşüb, əməkdaşlığın bərpası kimi başlıca məsələni müzakirə edəcəyik".