Ukrayna hökuməti Mixeil Saakaşvilinin istefasını sabah müzakirə edəcək

Ukrayna hökuməti Mixeil Saakaşvilinin istefasını sabah müzakirə edəcək Baş nazirin müavini: “Hökumət Ukrayna Prezidenti Pyotr Poroşenkoya Mixeil Saakaşvilinin istefası ilə bağlı təqdimat verməlidir”
Region
8 Noyabr , 2016 15:46
Ukrayna hökuməti Mixeil Saakaşvilinin istefasını sabah müzakirə edəcək

Bakı. 8 noyabr. REPORT.AZ/ Ukrayna hökuməti Odessa vilayətinin qubernatoru Mixeil Saakaşvilinin istefa ərizəsinə noyabrın 9-da baxacaq.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Ukrayna baş nazirinin müavini Pavel Pozenko jurnalistlərə açıqlamasına bildirib.

“Mənim bildiyim qədər hökumətin sabah keçiriləcək iclasında bu məsələyə baxılacaq. Hökumət Ukrayna Prezidenti Pyotr Poroşenkoya Mixeil Saakaşvilinin istefası ilə bağlı təqdimat verməlidir” - baş nazirin müavini vurğulayıb.

Qeyd edək ki, ötən gün Ukraynanın Odessa vilayətinin qubernatoru Mixeil Saakaşvili istefa verdiyini açıqlayıb.

M.Saakaşvili Ukrayna Prezidenti Pyotr Porşenkonu yalan danışmaqda suçlayaraq, onu verdiyi sözə əməl etməməkdə ittiham edib. Qubernator ölkənin daxili işlər naziri Arsen Avakov kimi korrupsionerlərin hakimiyyətdə qalmasından bezdiyini vurğulayıb. Onun sözlərinə görə, bu məmurlar "Maydan" hərəkatı ideyalarından sui-istifadə ediblər.

Xatırladaq ki, Gürcüstanın keçmiş prezidenti M.Saakaşvili 2015-ci il mayın 30-da Odessa vilayətinin qubernatoru təyin edilib.

Son xəbərlər

Orphus sistemi