Ukrayna Ermənistanda keçiriləcək parlament seçkilərinə müşahidəçi göndərməyib

Ukrayna Ermənistanda keçiriləcək parlament seçkilərinə müşahidəçi göndərməyib Bu barədə Sergey Lebedev açıqlama verib
Region
31 Mart , 2017 15:33
Ukrayna Ermənistanda keçiriləcək parlament seçkilərinə müşahidəçi göndərməyib

Bakı. 31 mart. REPORT.AZ/ “Ermənistanda keçiriləcək parlament seçkilərinə Azərbaycanla yanaşı, Ukrayna da müşahidəçi göndərməyəcək”.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu MDB-nin müşahidə heyətinin rəhbəri Sergey Lebedev martın 31-də jurnalistlərə bildirib.

Onun sözlərinə görə, Ukrayna belə tədbirlərdə çoxdandır iştirak etmir.

Qeyd edək ki, Ukrayna 2014-cü ildə MDB üzvlüyündən çıxdığını elan etsə də, o hələ bu qurumun rəsmi üzvü sayılır.

Xatırladaq ki, aprelin 2-də Ermənistanda parlament seçkiləri keçiriləcək.

Son xəbərlər

Orphus sistemi