Ukrayna Ermənistan vətəndaşını dindirmək üçün Belarus təyyarəsini hava limanına qaytarıb

Ukrayna Ermənistan vətəndaşını dindirmək üçün Belarus təyyarəsini hava limanına qaytarıb Hava limanına qayıtmaqdan imtina etdiyi təqdirdə Ukrayna tərəfi havaya qırıcı təyyarələrin qaldırılması ilə təhdid edib
Region
22 Oktyabr , 2016 12:05
Ukrayna Ermənistan vətəndaşını dindirmək üçün Belarus təyyarəsini hava limanına qaytarıb

Bakı. 22 oktyabr. REPORT.AZ/ Belarusun "Belavia" aviaşirkətinə məxsus sərnişin təyyarəsi Ukrayna Təhlükəsizlik Şurasının tələbi ilə Kiyevin "Julyanı" beynəlxalq hava limanına qayıdıb.

"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə məlumatı Ukrayna hava nəqliyyatı xidməti üzrə dövlət müəssisənin bölməsi olan Ukraeromərkəz yayıb. 

Oktyabrın 21-də Kiyevdən Minskə uçan "Boing 737-800" sərnişin təyyarəsi Belarusun hava məkanına 50 km qalmış "Julyanı" hava limanına qayıtmağa məcbur olub. Əks halda Ukrayna tərəfi havaya qırıcı təyyarə qaldıracağı ilə təhdid edib. 

Təyyarə endikdən sonra hüquq-mühafizə orqanlarının əməkdaşları Ermənistan vətəndaşı olan sərnişini göyərtədən düşürüb. Təyyarə Minskə uçub. Daha sonra saxlanılan şəxs azad olunub və Belarusun paytaxtına uçub. 

"Belavia" aviaşirkəti təyyarənin qayıtmasına görə dəyən zərəri Ukrayna tərəfinin ödəməsini tələb edəcək. 

Son xəbərlər

Orphus sistemi