​Ukrayna DİN başçısı ilə Mixeil Saakaşvili arasındakı münaqişənin görüntüləri yayılıb - VİDEO

​Ukrayna DİN başçısı ilə Mixeil Saakaşvili arasındakı münaqişənin görüntüləri yayılıb - VİDEO Hadisə prezidentin keçirdiyi müşavirədə baş verib
Region
16 Dekabr , 2015 17:33
​Ukrayna DİN başçısı ilə Mixeil Saakaşvili arasındakı münaqişənin görüntüləri yayılıb - VİDEO

Bakı. 16 dekabr. REPORT.AZ/ Dünən Ukrayna prezidenti Pyotr Poroşenko başçılığı ilə keçirilən müşavirədə daxili işlər naziri Arsen Avakovla Odessa vilayətinin qubernatoru Mixeil Saakaşvili arasında münaqişə baş verib.

"Report" Ukrayna KİV-inə istinadən bildirir ki, məmurları müşavirədə bir-birini təhqir edib və "korrupsioner" adlandırıb.

A.Avakov çıxış edən zaman M.Saakaşvili bir neçə dəfə onun sözünü kəsib. M.Saakaşvili daxili işlər nazirini korrupsiyada və rüşvət almaqda ittiham edib. Bundan sonra A.Avakov qarşısındakı su bakalını Odessa vilayətinin qubernatoruna tərəf atıb.

Emosiyaların gərginləşdiyini və nazirlə qubernatorun yüksək səslə danışdıqlarını görən Ukrayna prezidenti Pyotr Poroşenko iclasda fasilə elan edib. 

Son xəbərlər

Orphus sistemi