Ukrayna "An-148" təyyarəsinin qəzaya uğraması ilə bağlı araşdırmalarda iştirak edəcək - VİDEO

Ukrayna "An-148" təyyarəsinin qəzaya uğraması ilə bağlı araşdırmalarda iştirak edəcək - VİDEO Bakı. 12 fevral. REPORT.AZ/ Rusiyanın Moskva vilayətində qəzaya uğrayan An-148 təyyarəsi ilə bağlı baş verənlərin araşdırılmasında iştirak etmək üçün Ukrayna özünün səlahiyyətli nümayəndəsini təyin edib.
Region
12 Fevral , 2018 16:20
Ukrayna An-148 təyyarəsinin qəzaya uğraması ilə bağlı araşdırmalarda iştirak edəcək - VİDEO
РИА Новости

Bakı. 12 fevral. REPORT.AZ/ Rusiyanın Moskva vilayətində qəzaya uğrayan "An-148" təyyarəsi ilə bağlı baş verənlərin araşdırılmasında iştirak etmək üçün Ukrayna özünün səlahiyyətli nümayəndəsini təyin edib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Dövlətlərarası Aviasiya Komitəsindən (DAK) bildiriblər.

Qeyd edək ki, Çikaqo Konvensiyasına 13 saylı əlavəyə görə, qəzanın araşdırılmasında təyyarənin istehsal olunduğu ölkənin də nümayəndələri iştirak edə bilərlər. "An" təyyarələri isə məhz Ukraynada istehsal olunur.

Xatırladaq ki, "Saratov airlines" şirkətinə məxsus "An-148" təyyarəsi fevralın 11-də "Domodedovo" aeroportundan havaya qalxdıqdan bir neçə dəqiqə sonra qəzaya uğrayıb. Hava gəmisinin göyərtəsində 65 sərnişin və 6 ekipaj üzvü olub, onların hamısı ölüb.

Sərnişinlər arasında bir Azərbaycan vətəndaşı Namiq Qəhrəmanov da olub.

Son xəbərlər

Orphus sistemi