Yuxarı

Ukraynada yaralananların sayı 30-a çatıb - YENİLƏNİB

Ali Radanın binası qarşısına döyüş qumbarası atılıb

Bakı. 31 avqust. REPORT.AZ/ Ukrayna parlamentinin binası qarşısında baş verən partlayış nəticəsində yaralananların sayı 30 nəfərə çatıb.

"Report" xəbər verir ki, bu haqda Ukraynanın UNİAN agentliyi məlumat yayıb.

Yaralananların sayı haqda məlumat qeyri-rəsmi mənbələrə əsasən yayılıb. Xəbərə görə, 10-a yaxın asayiş keşikçisi xəsarət alıb. Onlar ayaq, qol, göz və baş nahiyələrindən yaralanıblar. Milislərdən birinin ayağı dizindən üzülüb.

Məlumata əsasən, partlayış Ali Radanın binası qarşısına döyüş qumbarasının atılması nəticəsində baş verib.

*** 16:09

Ukrayna Ali Radasının binası qarşısında baş verən partlayış nəticəsində 15-ə yaxın təhlükəsizlik əməkdaşı yaralanıb.

"Report" xəbər verir ki, bu haqda TASS məlumat yayıb.

Qeyd edək ki, bu gün bir qrup şəxs Ali Radanın binası qarşısına toplaşıb. Onlar asayiş keşikçilərinin üzərinə tüstüləyici paket və başqa əşyalar atıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi