Ukraynada bir gündə rekord sayda yoluxma faktı qeydə alındı

Ukraynada bir gündə rekord sayda yoluxma faktı qeydə alındı Ukraynada daha 588 nəfərdə koronavirus aşkarlanıb və bununla da ölkədə yoluxma hallarının sayı 25 411-ə çatıb.
Region
4 İyun , 2020 10:12
Ukraynada bir gündə rekord sayda yoluxma faktı qeydə alındı

Ukraynada daha 588 nəfərdə koronavirus aşkarlanıb və bununla da ölkədə yoluxma hallarının sayı 25 411-ə çatıb.

“Report” xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb.

Şərqi Avropa ölkəsində virusdan ölənlərin sayı daha 12 nəfər artaraq 747-yə yüksəlib.

Qeyd edək ki, daha öncə ən yüksək yoluxma sayı aprelin 22-də qeydə alınmışdı578.

Beləliklə, ötən sutka qeydə alınan yoluxma sayı rekord həddə çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 6,5 milyonu ötüb. Bunların 3,1 milyon nəfərdən çoxu sağalıb, 388 mindən çoxu isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi