Report xəbər verir ki, Bülənt Arınç, Yalçın Akdoğan, Numan Kurtulmuş və Əli Babacan Türkiyə hökumət baş nazirinin müavinləri təyin olunublar.
AŞPA-nın keçmiş prezidenti Mevlut Çavuşoğlu xarici işlər naziri təyin olunub. Avropa Birliyi naziri - Volkan Bozkır, gömrük və ticarət naziri - Nurəttin Canikli , ailə və sosial siyasət naziri - Ayşənur İslam, enerji və təbii ehtiyatlar naziri - Taner Yıldız, iqtisadiyyat naziri - Nihat Zeybekçi, maliyyə naziri - Mehmet Şimşək, ədliyyə naziri - Bəkir Bozdağ, elm, sənaye və texnologiya naziri - Fikri Işık, əmək və sosial təminat naziri - Faruk Çəlik, ətraf mühit və şəhərsalma naziri - İdris Güllücə, gənclər və idman naziri - Akif Çaqatay, ərzaq və heyvandarlıq naziri - Mehmet Mehdi Əkər, daxili işlər naziri - Əfkan Ala, mədəniyyət və turizm naziri - Ömər Çəlik, təhsil naziri - Nabi Avcı, milli müdafiə naziri - İsmət Yılmaz, meşə və su işləri naziri - Veysəl Əroğlu, səhiyyə naziri - Məhmət Müəzzinoğlu, nəqliyyat, dənizçilik və kommunikasiya naziri - Lütfi Əlvan, inkişaf naziri - Cevdet Yılmaz seçilib.
Qeyd edək ki, sentyabr ayının 6-da parlament yeni hökumətə etimad rəyi bildirməlidir.