Türkiyənin hakim partiyasına yeni sədr seçilib

Türkiyənin hakim partiyasına yeni sədr seçilib Əhməd Davudoğlu Ədalət və İnkişaf Partiyasının sədri seçilib
Region
28 Avqust , 2014 09:23
Türkiyənin hakim partiyasına yeni sədr seçilib

Bakı. 28 avqust. REPORT.AZ/ Türkiyədə  Ədalət və İnkişaf Partiyasının (AKP) fövqəladə qurultayı keçirilib.

Report-un yerli KİV-ə istinadən verdiyi xəbərə görə, qurultayda yeni seçilmiş prezident Rəcəb Tayyib Ərdoğan partiya sədri vəzifəsindən istefa etdiyini elan edib. O, həmçinin bildirib ki, vəzifədən getməsinə baxmayaraq partiyanın kursu dəyişməyəcək.

Bundan sonra səsvermə keçirilib və AKP sədri vəzifəsinə yeganə namizəd xarici işlər naziri Əhməd Davudoğlu hakim partiyasının sədri seçilib.

Seçildikdən sonra çıxış edən Ə.Davudoğlu bildirib ki, partiyanın kursunu dəyişməyəcək və R.T.Ərdoğanın apardığı siyasəti davam etdirəcək. 

Qeyd edək ki, qurultayda Azərbaycandan deputat Siyavuş Novruzovun rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının üzvlərindən ibarət nümayəndə heyəti iştirak edib. 

Son xəbərlər

Orphus sistemi