"Report" "Reuters"ə istinadən xəbər verir ki, Türkiyə parlamenti həmçinin xarici dövlətlərin silahlı qüvvələrinin öz ərazisində yerləşməsinə icazə verib. Həmin razılaşma oktyabr ayının 4-dən qüvvəyə minir və bir il müddətində etibarlı olacaq.
Bir müddət əvvəl İŞİD yaraqlıları Suriya ərazisində yerləşən Osmanlı imperiyasının hökmdarlarının əcdadı Süleyman şahın məzarını qoruyan 20 türk əsgərini, eləcə də İraqın Mosul şəhərində Türkiyənin baş konsulluğunda çalışan 49 türk diplomatını əsir götürüb.