Türkiyə hakimiyyəti komendant saatı elan edib

Türkiyə hakimiyyəti komendant saatı elan edib Kürdlərin kütləvi etiraz aksiyaları zamanı 15 nəfər ölüb
Region
8 Oktyabr , 2014 17:49
Türkiyə hakimiyyəti komendant saatı elan edib

Bakı. 8 oktyabr. REPORT.AZ/ Kürdlərin 15 nəfərin ölməsi və onlarla insanın yaralanması ilə nəticələnən kütləvi etiraz aksiyalarından sonra Türkiyə hakimiyyəti regionlarda komendant saatı elan edib. Bu barədə "Report" "Associated Press"ə istinadən xəbər verir.

Komendant saatı Diyarbakır, Mardin, Siirt, Muş, Van və Batman əyalətində tətbiq edilib. 

Oktyabr ayının 6-da başlayan iğtişaşlar zamanı etirazçılar mağazaları dağıdıb, polis əməkdaşlarını daş-qalaq edib, yandırıcı maye ilə doldurulmuş şüşə qablarından istifadə edərək bina və obyektlərə, avtomobillərə od vurublar. Buna cavab olaraq hüquq-mühafizə orqanlarının əməkdaşları su şırnağı və gözyaşardıcı qazdan istifadə ediblər.

Oktyabr ayının 7-də 100-ə yaxın kürd əsilli etirazçı Brüsseldə Avroparlamentin binasına soxularaq, Aİ ölkələrindən "İslam Dövləti" qruplaşması ilə mübarizəyə fəal şəkildə qoşulmağı tələb ediblər. Bir gün əvvəl, yəni oktyabr ayının 6-da kürd fəalları Haaqa şəhərində Niderland parlamentinin önündə "Hərəkətsizliyə son, Kobaniyə dəstək" şüarı ilə etiraz aksiyası keçiriblər. 

Kürdlərin etiraz aksiyaları İŞİD yaraqlılarının Türkiyə ilə sərhəddə yerləşən və kürd muxtariyyətinin paytaxtı hesab edilən Kobani şəhərini ələ keçirmələri ilə bağlıdır. İŞİD qruplaşması tanklar və artilleriyadan istifadə edərək, təxminən üç həftə ərzində şəhəri mühasirə altında saxlayıb.  

Son xəbərlər

Orphus sistemi