Turqut Özalın qardaşı vəfat edib

Turqut Özalın qardaşı vəfat edib Korkut Özal noyabrın 4-də İstanbulda torpağa tapşırlacaq
Region
2 Noyabr , 2016 11:35
Turqut Özalın qardaşı vəfat edib

Bakı. 2 noyabr. REPORT.AZ/ Türkiyənin 8-ci prezidenti Turqut Özalın qardaşı Korkut Özal noyabrın 2-də vəfat edib.

“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, o, İstanbulda yaşadığı evdə dünyasını dəyişib.

K.Özal noyabrın 4-də İstanbulda torpağa tapşırılacaq.

Qeyd edək ki, K.Özal 1929-cu il mayın 29-da Türkiyənin Malatya bölgəsində anadan olub. O, 1974-1977-ci illərdə müxtəlif nazirliklərə başçılıq edib.

İngilis versiyası Turgut Özal's brother dies

Son xəbərlər

Orphus sistemi