​TürkPA-nın müşahidəçiləri Türkiyədəki seçkilərlə bağlı bəyanat yayıb

​TürkPA-nın müşahidəçiləri Türkiyədəki seçkilərlə bağlı bəyanat yayıb Onlar Türkiyə Böyük Millət Məclisinin binasında mətbuat konfransı keçirib
Region
8 İyun , 2015 15:04
​TürkPA-nın müşahidəçiləri Türkiyədəki seçkilərlə bağlı bəyanat yayıb

Bakı. 8 iyun. REPORT.AZ/ "İyunun 7-də Türkiyədə demokratik, humanist və ölkə vətəndaşlarının öz iradələrini ifadə edən parlament seçkisi keçirilib".

"Report" xəbər verir ki, bunu Türkdilli Dövlətlərin Parlament Assambleyasının (TürkPA) müşahidəçiləri bildirib.

Belə ki, Azərbaycan, Qazaxıstan və Qırğızıstandan olan deputatlardan ibarət müşahiçilər bu gün Türkiyə Böyük Millət Məclisinin (TBMM) binasında seçki ilə bağlı mətbuat konfransı keçirib.

TürkPA-nın müşahidəçilər qrupuna Nizami Cəfərov (Azərbaycan - qrupun sədri), Eldar İbrahimov (Azərbaycan), Serikjan Kanayev (Qazaxıstan), Bekmirza Yelemanov (Qazaxıstan), Kurmanbek Diykanbayev (Qırğızıstan), Jandost Hasanov (Qırğızıstan - TürkPA-nın baş katibi) daxildir.

Son xəbərlər

Orphus sistemi