TÜRKPA müşahidəçiləri Türkiyədə seçkiləri izləyir

TÜRKPA müşahidəçiləri Türkiyədə seçkiləri izləyir Bakı. 24 iyun. REPORT.AZ/ Azərbaycan Respublikası Milli Məclisinin üzvü və TÜRKPA-nın Ətraf Mühit və Təbii Ehtiyatlar Komissiyasının sədri cənab Əhliman Əmiraslanovun rəhbərliyi ilə Azərbaycan, Qazaxıstan və Qırğızıstan parlamentləri üzvlərindən təşkil olunan, eləcə də TÜRKPA Katibliyinin nümayəndələri tərəfindən müşayiət olunan TÜRKPA Beynəlxalq Müşahidəçilər Missiyası Türkiyə Respublikasında keçirilən erkən prezident və parlament seçkilərinin qısamüddətli müşahidəsini həyata keçirmək məqsədilə Ankarada səfərdədir.
Region
24 İyun , 2018 17:30
TÜRKPA müşahidəçiləri Türkiyədə seçkiləri izləyir

Bakı. 24 iyun. REPORT.AZ/ Azərbaycan Respublikası Milli Məclisinin üzvü və TÜRKPA-nın Ətraf Mühit və Təbii Ehtiyatlar Komissiyasının sədri cənab Əhliman Əmiraslanovun rəhbərliyi ilə Azərbaycan, Qazaxıstan və Qırğızıstan parlamentləri üzvlərindən təşkil olunan, eləcə də TÜRKPA Katibliyinin nümayəndələri tərəfindən müşayiət olunan TÜRKPA Beynəlxalq Müşahidəçilər Missiyası Türkiyə Respublikasında keçirilən erkən prezident və parlament seçkilərinin qısamüddətli müşahidəsini həyata keçirmək məqsədilə Ankarada səfərdədir.

“Report” xəbər verir ki, hazırda missiyanın üzvləri paytaxt Ankarada bir sıra dairələrdə seçki məntəqələrini ziyarət edərək səsvermə prosesini müşahidə edir. Həmçinin, missiya üzvləri səsvermə bitdikdən sonra səslərin sayılması prosesində iştirak edəcəklər.

Missiya üzvləri müşahidə programı çərçivəsində, Respublika Xalq Partiyasının (CHP) sədr müavini cənab Tekin Bingöl, Xalq Demokratik Partiyasının (HDP) Qrupunun sədr müavini xanım Filiz Kerestecioğlu, Milli Hərəkat Partiyasının (MHP) sədr müavini cənab Mevlüt Karakaya və Ədalət və İnkişaf Partiyasının (AK Parti) Qrupunun sədr müavini cənab Naci Bostancı, eləcə də Yüksək Seçki Şurasının sədri cənab Sadi Güven ilə görüşmüşdür.

Həmin görüşlərdə, Türkiyədə ədalətli və şəffaf seçkilərin keçirilməsi baxımından TÜRKPA Missiyasının seçkiləri müşahidə etməsinin əhəmiyyəti vurğulanmış, seçki müşahidəsini həyata keçirən digər beynəlxalq təşkilatlarla yanaşı, TÜRKPA-nın fəaliyyətlərinin Türkiyədə demokratik seçkilərin keçirilməsində mühüm rol oynayacağını qeyd edilmişdir.

Yüksək Seçim Kurulun (Ali Seçki Qurumu) sədri cənab Sadi Güven hazırlıq prosesinin texniki və logistik məsələləri barədə missiyaya məlumat vermiş, missiya üzvlərinin suallarını cavablandırmış, eləcə də tərəflər seçki prosesi barədə fikir mübadiləsi aparmışdır.

Missiya rəhbəri cənab Əhliman Əmiraslanov seçkilərin ədalətli, sərbəst və şəffaf şəkildə keçiriləcəyinə inamını ifadə etmiş və uğurlar arzulamışdır.

Qeyd edək ki, Türkiyədəki seçkilərdə TÜRKPA müşahidə missiyasında Azərbaycan Milli Məclisinin üzvləri – Əhliman Əmiraslanov, Səttar Möhbalıyev, Şəmsəddin Hacıyev və İlham Əliyev təmsil olunub.   

Son xəbərlər

Orphus sistemi