Türkmənistanın keçmiş prezidentinin təhlükəsizlik xidmətinin rəisi həbsxanada ölüb

Türkmənistanın keçmiş prezidentinin təhlükəsizlik xidmətinin rəisi həbsxanada ölüb O, 2006-cı ildə hakimiyyətin indiki dövlət başçısı Qurbanqulu Berdıməhəmmədova verilməsində başlıca rol oynayıb
Region
17 Avqust , 2017 11:53
Türkmənistanın keçmiş prezidentinin təhlükəsizlik xidmətinin rəisi həbsxanada ölüb

Bakı. 17 avqust. REPORT.AZ/ Türkmənistan sabiq prezidentinin təhlükəsizlik xidmətinin keçmiş rəisi Akmurad Kuliyeviç Rəcəbov həbsxanada ölüb.

“Report” “CA-NEWS”a istinadən xəbər verir ki, onun meyiti avqustun 17-də ailəsinə təhvil verilib.

Məlumata görə, onun cənazəsi Lepab vilayətinə aparılacaq və orada dəfn ediləcək. 

İnformasiyaya əsasən, A.Rəcəbov 1985-ci ildən Türkmənistan rəhbərliyinin şəxsi mühafizəsinə başçılıq edib. 1992-ci ildə Türkmənistan prezidentinin təhlükəsizlik xidməti yenidən təşkil olunub. Məlumata görə, ölkənin mərhum prezidenti Saparmurad Niyazov Türkmənbaşı öləndən sonra o, 2006-cı ilin dekabrında hakimiyyətin indiki dövlət başçısı Qurbanqulu Berdiməhəmmədova verilməsində başlıca rol oynayıb. 2007-ci il mayın 15-də Q.Berdiməhəmmədov fərmanı ilə başqa vəzifəyə keçməsi ilə əlaqədar tutduğu postdan kənarlaşdırılıb. 2007-ci il iyulun 27-də isə Türkmənistan Ali Məhkəməsi A.Rəcəbovu Cinayət Məcəlləsinin 6 maddəsi üzrə mühakimə edərək 17 il azadlıqdan məhrum edib. 

Məhkəmədən sonra onun “gizli həbsxanada” saxlanıldığı bildirilirdi. Hətta beynəlxalq təşkilatlar onun “dirisinin göstərilməsini” istəmiş, habelə A.Rəcəbovu Türkmənistan həbsxanalarından “yoxa çıxmış” “100 xüsusi məhbus” siyahısına daxil edib. 

Son xəbərlər

Orphus sistemi