​Türkmənistan prezidenti Türkiyəyə səfər edib

​Türkmənistan prezidenti Türkiyəyə səfər edib Rəcəb Tayyib Ərdoğan: "Firmalarımız tərəfindən Türkmənistana 45 milyard dollarlıq sərmayə qoyulub"
Region
3 Mart , 2015 17:43
​Türkmənistan prezidenti Türkiyəyə səfər edib

Bakı. 3 mart. REPORT.AZ/ Bu gün Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov Türkiyəyə rəsmi səfər edib.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Qurbanqulu Berdiməhəmmədov birgə mətbuat konfransı keçirib.

"Türkmənistanla əməkdaşlığımız artacaq. İndiyədək firmalarımız tərəfindən Türkmənistana 45 milyard dollar dəyərində sərmayə qoyulub", - R.T.Ərdoğan vurğulayıb.

"Qardaş Türkiyə ilə münasibətlərimizə, enerji daşıyıcılarının təhlükəsizliyinə və nəqlinə çox önəm veririk. Türkiyə ilə 20 milyard dollarlıq layihələrimizlə bağlı işlərimiz davam edir. Türkiyəli iş adamlarının bizə böyük töfhəsi var", - Qurbanqulu Berdiməhəmmədov bildirib.

Son xəbərlər

Orphus sistemi