​Türkmənistan prezidenti Türkiyəyə səfər edəcək

​Türkmənistan prezidenti Türkiyəyə səfər edəcək Səfər 3-4 mart tarixlərində baş tutacaq
Region
27 Fevral , 2015 01:58
​Türkmənistan prezidenti Türkiyəyə səfər edəcək

Bakı. 27 fevral. REPORT.AZ/ Türkmənistan prezidenti Qurbanqulı Berdiməhəmmədov həmkarı Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Türkiyəyə rəsmi səfər edəcək.

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, Türkiyə Prezident Administrasiyasının məlumatına görə, səfər 3-4 mart tarixlərində baş tutacaq.

Türkmənistan lideri səfər zamanı Türkiyə prezidenti ilə təkbətək və iki ölkənin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüş keçirəcək. O, həmçinin İstanbulda Türkmən Beynəlxalq İnvestisiya Fondunun açılışında iştirak edəcək.

Son xəbərlər

Orphus sistemi