Türkmənistan prezidenti təbii qazın hasilat və ixracını artırmağı tapşırıb

Türkmənistan prezidenti təbii qazın hasilat və ixracını artırmağı tapşırıb Qurbanqulı Berdıməhəmmədov, həmçinin Türkmənistan enerji ehtiyatlarının yeni marşrutlarla daşınmasının diversifikasiyası üzrə tapşırıqlar verib
Region
12 Yanvar , 2015 10:34
Türkmənistan prezidenti təbii qazın hasilat və ixracını artırmağı tapşırıb

Bakı. 12 yanvar. REPORT.AZ/ Türkmənistan prezidenti Qurbanqulı Berdıməhəmmədov Nazirlər Kabinetinin geniş iclasında çıxış edərkən, ölkənin neft-qaz sahəsinin rəhbərlərinə 2015-ci ildə təbii qazın hasilatının həcmini 83,8 mlrd. kubmetrə qədər çatdırmağı tapşırıb. Hasil olunan qazın ümumi həcmindən 48 mlrd. kubmetr qazın xaricə ixrac edilməsi nəzərdə tutulub. "Report" "Turkmenistan.ru"ya istinadən xəbər verir ki, dövlət rəhbərinin fikrincə, hasil olunan neftin həcmini 11 mln. 110 min tona çatdırmaq lazımdır. 

Qurbanqulı Berdıməhəmmədov, həmçinin Türkmənbaşı neft emalı zavodları kompleksinin müasirləşdirilməsi, xam neft emalının dərinliyinin artırılması, mayeləşdirilmiş təbii qazın istehsal və ixrac həcminin artırılması, Türkmənistan  enerji ehtiyatlarının yeni marşrutlar üzrə daşınmasının diversifikasiyası, Türkmənistan-Əfqanıstan-Pakistan-Hindistan qaz kəməri tikintisi layihəsinin həyata keçirilmə templərinin tezləşdirilməsi üzrə tapşırıqlar verib.  

Son xəbərlər

Orphus sistemi