Yuxarı

Türkmənistan prezidenti Moskvada Vladimir Putinlə görüşəcək

Qurbanqulu Berdiməhəmmədov Rusiyaya səfər edəcək

Bakı. 31 oktyabr. REPORT.AZ/ Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov rusiyalı həmkarı Vladimir Putinin dəvəti ilə noyabrın 1-də Moskvaya işgüzar səfər edəcək.

"Report" TASS-a istinadən xəbər verir ki, bu haqda Kremlin mətbuat xidməti məlumat yayıb.

İnformasiyaya görə, danışıqlar zamanı ikitərəfli əməkdaşlıq məsələləri müzakirə ediləcək. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi