Türkmənistan prezident əhali üçün bütün güzəştləri ləğv etməyi tapşırıb

Türkmənistan prezident əhali üçün bütün güzəştləri ləğv etməyi tapşırıb Qurbanqulu Berdıməhəmmədov: "Güzəştlər hamıya yox, yalnız həqiqətən sosial yardıma ehtiyacı olanlara şamil olunmalıdır"
Region
7 İyun , 2017 17:14
Türkmənistan prezident əhali üçün bütün güzəştləri ləğv etməyi tapşırıb

Bakı. 7 iyun. REPORT.AZ/ Türkmənistan Prezidenti Qurbanqulu Berdıməhəmmədov baş nazirin müavininə əhali üçün bütün güzəştlərin ləğv edilməsi üzrə təkliflərin hazırlanması tapşırığı verib.

Bu barədə "Report" Türkmənistan KİV-inə istinadən xəbər verir.

"Güzəştlər hamıya yox, yalnız həqiqətən sosial yardıma ehtiyacı olanlara şamil olunmalıdır", - Q.Berdıməhəmmədov iyunun 6-da keçirilən iclasda bildirib.

Qeyd edək ki, Türkmənistanda əhalinin elektrik enerjisi, qaz, duz və sudan pulsuz istifadəsinə dair qərar qərar 1993-cü ildə 10 il müddətinə qəbul edilib. 2006-cı ildə prezident Saparmurat Niyazov qanunun qüvvədə olma müddətini 2030-cu ilə qədər uzadıb.

Son xəbərlər

Orphus sistemi