Türkmənistan ordusu hazırlıq vəziyyətinə gətirilib

Türkmənistan ordusu hazırlıq vəziyyətinə gətirilib Təlimin ssenarisinə əsasən terrorçu dəstələri aşkarlanaraq məhv edilib
Region
26 Mart , 2016 22:36
Türkmənistan ordusu hazırlıq vəziyyətinə gətirilib

Bakı. 26 mart. REPORT.AZ/ Martın 26-da Türkmənistan ordusu hazırlıq vəziyyətinə gətirilib.

"Report"-un RİA "Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, prezident Qurbanqulu Berdiməhəmmədovun əmrinə əsasən Türkmənisan quru qoşunları, Hərbi Hava qüvvələri və Hərbi Donanma qüvvə və vasitələri qəfil həyacan siqnalı ilə döyüş hazırlığı vəziyyətinə gətirilib.

Təlimin ssenarisinə əsasən terrorçu dəstələri aşkarlanaraq izlənməyə götürülüb və təlim-döyüş tapşırığının yerinə yetirilməsi zamanı hədəflər məhv edilib.

Son xəbərlər

Orphus sistemi