​Türkmən şahid: "Təyyarələrdən biri vurulacağından ehtiyat edərək geri döndü"

​Türkmən şahid: "Təyyarələrdən biri vurulacağından ehtiyat edərək geri döndü" Təyyarə düşəndən 1,5 saat sonra iki pilotu aşkar etdik, onlardan biri yaralı, digəri isə sağ-salamat idi"
Region
24 Noyabr , 2015 15:02
​Türkmən şahid: Təyyarələrdən biri vurulacağından ehtiyat edərək geri döndü

Bakı. 24 noyabr. REPORT.AZ/ "Təyyarə düşəndən 1,5 saat sonra iki pilotu aşkar etdik, onlardan biri yaralı, digəri isə sağ-salamat idi".

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu Türkmən dağı bölgəsindəki türkmənlər bildirib.

Onların sözlərinə görə, Rusiya pilotları radarların onları qeyd etdiklərini və bundan sonra vurulacaqlarını başa düşdükdən sonra paraşütlə tullanıblar.

Məlumata görə, birinci təyyarə vurulduqdan sonra Türkmən dağında ikinci döyüş təyyarəsi də görünüb. Ancaq o da vurulacağından ehtiyat edərək geri qayıdıb.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, "Su-24"lə bağlı hadisənin Rusiya-Türkiyə münasibətlərinə təsir edəcəyini demək düzgün deyil.

Qeyd edək ki, bu gün səhər saatlarında Rusiyanın Suriyadakı hərbi aviasiya qrupuna məxsus "Su-24" döyüş təyyarəsi Türkiyənin hava sərhədini pozub. Türkiyə Hərbi Hava Qüvvələri ərazini tərk etmələri üçün onlara 10 dəfə xəbərdarlıq edib. Bundan sonra Türkiyənin "F-16" qırıcıları "Su-24"ü zərərsizləşdirib.

Son xəbərlər

Orphus sistemi